53 yaşlı kişi fıstıq ağacından yıxılaraq yaralandı
Siirtin Eruh rayonuna bağlı Gedikkaşar kəndində fıstıq yığımı zamanı bədbəxt hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 53 yaşlı Ahmet S. çıxdığı fıstıq ağacından yıxılaraq xəsarət alıb.
Hadisə yerinə yaxınlarının məlumatı əsasında təcili tibbi yardım briqadası göndərilib. Lakin ərazinin çətin relyefi səbəbindən ambulans kəndə çata bilməyib. Bu səbəbdən tibb işçiləri “patpat” adlanan kənd təsərrüfatı nəqliyyatı vasitəsilə hadisə yerinə gediblər.
İlkin tibbi yardım göstərildikdən sonra Ahmet S. eyni nəqliyyat vasitəsi ilə ambulansa çatdırılıb. Daha sonra o, Siirt Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.
Həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər.
