Azərbaycan milli komandası İslandiya ilə sabahkı oyun ərəfəsində Reykyavik şəhərindəki “Lauqardalsvöllur”da son məşqinə çıxıb.”Report”un İslandiyaya ezam olunan əməkdaşı xəbər verir ki, yerli vaxtla 18:30-da başlayan məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.Qeyd edək ki, sentyabrın 5-də reallaşacaq İslandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

By admin