Hatay Polis İdarəsinin əməkdaşları ümumi asayiş və ictimai qaydanın təmin olunması istiqamətində tədbirlərini davam etdirir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu çərçivədə İskenderun rayonunda günlük kirayə verilən evlərdə yoxlamalar aparılıb və əxlaqsızlıqla mübarizə məqsədilə əməliyyat həyata keçirilib.
Aparılan tədbirlər nəticəsində İskenderunun Numune məhəlləsində yerləşən bir mənzildə 6 nəfərin əxlaqsızlıqla məşğul olduğu müəyyən edilib. Onların hər birinə inzibati qaydada cərimə tətbiq olunub, ümumilikdə 23 min 804 türk lirəsi məbləğində cərimə kəsilib.
Həmçinin həmin şəxslər barəsində istintaq başlanılıb.
