Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumatı FHN yayıb. Bildirilir ki, “XCMG” markalı traktor dərəyə aşıb. Nəticədə 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin şəxsin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

By admin