Milli Məclisdə Azərbaycan dili, ədəbiyyat və tarix dərslikləri ilə bağlı ictimai dinləmə keçiriləcək.

Xəbər24.Online APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Anar İsgəndərov deyib.

O bildirib ki, dinləmə elm və təhsil naziri Emin Əmrullayevin işitrakı ilə təşkil olunacaq.

“Bu məsələ komitənin payız sessiyası üzrə İş planına daxil edilib”, – deputat əlavə edib.

By admin