Sentyabrın 17-də yağışlı hava şəraiti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən gündüz saatlarında yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.

By admin