Gəncədə gənc oğlan bıçaqlanıb
Xəbər24.Online APA-nın yerli bürosuna istinadən xəbər verir ki, şəhər sakini, 2005-ci il təvəllüdlü K. Zamanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat olunub, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Məlumata görə, K. Zamanov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisənin səbəbləri araşdırılır
