ıstanda qız qaçıranlar həbs olunacaq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanda məcburi evlilik qanunla qadağan edilib.
Xəbər24.Online Teleqraf-a istinadən xəbər verir ki, sentyabrın 16-dan etibarən Qazaxıstanda məcburi evliliyi qadağan edən yeni qanunlar qüvvəyə minib.
Məcburi evlilik hallarına yol verənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Günahlandırılan şəxsləri 10 ilə qədər həbs cəzası gözləyir.
Təkcə qız qaçıranlar deyil, qadınlara evlilik üçün psixoloji təsir edənlər də məsuliyyətə cəlb olunacaqlar.
Bura zənglər, təqib, mesajlar və s, bu təhdidlər daxildir.
Qazaxıstanda qız qaçırma adət halını alıb və geniş yayılıb. Qadın hüquqları təşkilatlarının hesablamalarına görə, ölkədə hər il beş minə qədər qız zorla qaçırılır və onlarla məcburi ailə həyatı qurulur.
