Naxçıvanda ağır yol qəzası baş verib.
Xəbər24.Online APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində 16 sərnişin və sürücü yaralanıb.
Bu gün qəzaya düşən Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusunda xəsarət alanların kimliyi məlum olub.
Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.
