Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran-Astara zonasında yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Astarada 113, Yardı mlıda 62, Lerikdə 42, Lənkəranda 33, Biləsuvar, Cəlilabadda 19 mm-dək qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin sentyabrın 22-si axşamadək davam edəcəyi, 23-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

By admin