Bakıda 23 yaşlı oğlan qəfil vəfat edib.

Xəbər24.Online oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Nihad Camal oğlu Seidəliyev sentyabrın 23-də axşam saat 20 radələrində küçədə olarkən qəfil özünü pis hiss edib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlkin ehtimala görə, N.Seidəliyev ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

By admin