Sentyabrda taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6 faiz azalaraq orta hesabla 105 bənd təşkil edib.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesbatında qeyd olunub.
Məlumata görə, bu ötən ilin sentyabr ayı ilə müqayisədə 7,5 faiz azalma deməkdir.
Buğda və qarğıdalı qiymətləri nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Bunun əksinə olaraq, arpa və sorqumun qiymətlərində müəyyən artım müşahidə olunub.
Bundan əlavə, FAO-nun düyü qiymətləri indeksi də 0,5 faiz azalaraq geniş ixrac imkanları və zəif idxal tələbi fonunda aşağı düşüb.
