Milli komandaların oyunları ilə bağlı Premyer Liqa klubları istirahətə çəkilib.
Xəbər24.Online nin məlumatına görə, “Zirə”ylə dramatik qarşılaşmadan sonra (2:2) “Neftçi”nin baş məşqçi Samir Abasov futbolçularına dincəlmək imkanı yaradıb.
Nə az, nə çox, düz üç gün.
Cümə günü keçirilən oyun günü istirahətə çəkilən komanda üzvləri bir də oktyabrın 7-də klubun bazasında bir araya gələcək.
Yığma komandalara cəlb olunan futbolçular təxminən 10 gün düşərgədə olmayacağından, Abasov ixtiyarında olanları “Araz-Naxçıvan”la görüşə hazırlayacaq.
