O 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrini sıralarında xidməti zamanı “Leytenant” hərbi rütbəsinə qədər ucaldıb.
Leytenant Elzar Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altındakı ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Elzar Yusubov oktyabrın 8-də Füzuli döyüşləri zamanı yaralansa da, döyüşməyə davam edib. Döyüşlər başa çatdığdan sonra təcili tibbi yardım göstərilib, döyüş meydanından təxliyyə edilsə də, qanitirmə nəticəsində şəhid olub. Hövsan qəsəbəsində dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elzar Yusubov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elzar Yusubov “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzar Yusubov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzar Yusubov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Gör nələr sığdırdın bir nakam ömrə,
Hər kəsin yadında şən qala bildin
Güllələr susduran gülüşünlə sən,
Hər kəsin könlündə kök sala bildin.
Nur üzlü şəhidim, rahat uyu, yat
Vətənin azaddır, torpağın azad
Qanınla yağıdan təmizlədiyin
Basmaz torpağına bir də yad ayaq.
















