Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfat etməsindən 1 il ötür.
Xəbər24.Online xəbər verir ki, anım günündə qəhrəmanın atasının məzarı, eləcə də yaşadığı evi ziyarət olunur.
Qeyd edək ki, A.İbrahimov bir il öncə infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb. O, Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.



