Abşeron rayonunun Şəfəq qəsəbəsində 21 yaşlı qadın eyvandan yıxılaraq ölüb.

Xəbər24.Online xəbər verir ki, 2004-cü il təvəllüdlü qəsəbə sakini Kəmalə Tariyel qızı Əbilova yaşadığı çoxmərtəbəli binadakı mənzilinin eyvanından yıxılaraq həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

By admin