İsmayıllıda ağır yol qəzası baş verib, ölən var.

Xəbər24.Online publika.aza istinadən xəbər verir ki, hadisə rayonun Buynuz kəndi ərazisində qeydə alınıb.

Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

By admin