Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov seçicilərlə növbəti vətəndaş qəbulunu keçirib.

Görüş zamanı vətəndaşlar əsasən səhiyyə, sosial məsələlər və müxtəlif hüquqi problemlərlə bağlı müraciətlərini səsləndiriblər. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb.

Qəbulda Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov da iştirak edib.

Qeyd olunub ki, bu cür görüşlər millət vəkillərinin seçicilərlə birbaşa ünsiyyət qurmasına, mövcud problemləri yerində araşdıraraq operativ həll yolları tapmasına imkan yaradır. Eyni zamanda, həyata keçirilən bu fəaliyyətlər ölkədə vətəndaş mərkəzli siyasətin daha da gücləndirilməsinə xidmət edir.

By admin