2022 – ci ildə Astara rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Samir Əzimovun yaratdığı və rəhbəri olduğu ” Hovəlim ” folklor kollektivi 4 yaşını qeyd edir.
Qrupun əsas məqsədi Azərbaycan xalqına məxsus musiqi,rəqs və mərasim ənənələrini yaşatmaq,folklor nümunələrini yeni nəsillərə çatdırmaqdır.
Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi Anar Kəkəyev ” Hovəlim ” folklor kollektivinin rəhbəri Samir Əzimov və kollektivin üzvləri ilə görüşmüş , onları 4 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etmiş , fəaliyyətlərində yaradıcılıq nailiyyətləri arzulamışdır.
Kollektivlə səmimi görüş zamanı Anar Kəkəyev qeyd etmişdir ki , yarandığı ilk gündən etibarən milli folklor ənənələrinin qorunması , yaşadılması və geniş təbliği istiqamətində fəaliyyət göstərən, qısa müddətdə özünəməxsus repertuarı və uğulu çıxışlarl ilə tamaşaçı rəğbəti qazanan” Hovəlim” bu illər ərzində tədbir və festivallarda iştirak edərək milli mədəni irsimizin tanıdılmasına xidmət etmişdir.İnanıram ki,
bundan sonra da kollektiv öz fəaliyyəti ilə mədəniyyətimizin inkişafına xidmət göstərəcəkdir.
” Hovəlim” folklor kollektivi də öz növbəsində 4 illik yubileyi münasibətilə göstərilən diqqət və səmimi təbrikə görə rəhbərliyə minnətdarlıq etmiş və bundan sonra da böyük həvəslə milli irsimizin yaşadılması üçün səmərəli çalışacaqlarını vurğulamışlar.
Sonda kollektivin üzvləri ilə xatirə şəkli çəkdirilmişdir.

