Bu gün Lənkəranın Gərmətük qəsəbəsində doğulmuş, ömrünü xalqının və vətəninin tərəqqisinə həsr etmiş Sərhad Əsəd oğlu Məmmədovun doğum günüdür. Təəssüf ki, o, artıq aramızda yoxdur, amma onun xatirəsi qəlblərdə yaşayır.
O, müxtəlif illərdə mühüm bilik ocaqlarını bitirərək, elmi və peşəkar fəaliyyətini daim yüksəltmiş, istefada olan polkovnik-leytenant kimi hər zaman nizam-intizam nümunəsi olmuşdur.
Siyasi və ictimai fəaliyyəti isə əsl liderlik və idarəçilik məktəbidir. Lənkəran və Yardımlı rayonlarında rəhbər vəzifələrdə çalışarkən o, özünü bacarıqlı təşkilatçı kimi təsdiq etmişdir.
Sərhad müəllimin ömür kitabı xalq üçün bir dərs, Vətən üçün bir fədakarlıq dastanı idi. Onun həyat yolu səhər şehindən axşam günəşinin qürubuna qədər mərdliklə, şərəflə yazıldı. Bir çinar kimi kök saldığı torpağa bağlı qaldı, hər çətin anında xalqının yanında oldu. İndi onun ruhu əbədiyyətdə sakitlik tapıb, amma qoyduğu izlər heç vaxt silinməyəcəkdir.
İrsi və xatirəsi isə daim yaşayacaqdır.Allah rəhmət eləsin,ruhu şad,məkanı cənnət olsun.

Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru ,tarix üzrə fəlsəfə doktoru,dosent
Leyla Qadir qızı Macidova

By admin